Oktyabrın 11-də saat 19:40 radələrində Qaxdan 6 km qərbdə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytından istinadən verilən məlumata görə, zəlzələ 12 ballıq cədvəl üzrə episentrdə 3.1 bal, Qax rayonu ərazisində 3 bala qədər hiss olunub. mənbəə
İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.
October 12, 2011
August 27, 2011
August 14, 2011
July 26, 2011
May 9, 2011
İlisu hamamı
Bu qədim hamam İlisu kəndində yerləşir. İnşa olunma dövrü İlisu sultanlığı dövrünə gedib çıxır. Hamam daxilində yerden çıxam termal, kükürdlü isti su çox böyük müalicəvi əhəmiyyətə malikdir. Hamam iki hissədən ibarətdir: 'Oğlan bulaq-Qız bula' və digər hissə. Bu ərazi çox böyük turizm potensialına malikdir. Kənddən hamama maşınla 1 saatlıq yol var.
Hamamın ön görünüşü
Hamamın ön görünüşü
May 1, 2011
Qaxin kendleri
A * Almalı (Qax) * Amanlı * Armudlu (Qax) * Ağyazı * Ağçay (Qax) B * Baydarlı * Bağtala * Böyük Alatəmir C * Cəlayer D * Dəymədağlı F * Fıstıqlı G * Güllük K * Keşqutan * Kiçik Alatəmir * Kötüklü (Qax) L * Ləkit * Ləkit Kötüklü * Ləkit Malax * Lələli * Lələpaşa M * Malax * Marsan * Meşəbaş O * Oncallı Q * Qapıçay * Qarabaldır * Qarameşə * Qaratala * Qaxbaş * Qaxingiloy * Qaxmuğal * Qaysarlı * Qazmalar * Qaşqaçay * Qımır * Qındırğa * Qıpçaq * Qorağan * Qum (Qax) S * Sarıbaş S (davam) * Süskən T * Tanqıt * Tasmalı * Turaclı U * Uzuntala (Qax) X * Xələftala Y * Yeni İlisu Z * Zərnə * Zəyəm (Qax) { * Şablon:Qax rayonu kənd/qəsəbələri Ç * Çinarlı (Qax) * Çüdüllü Ü * Üzümlü (Qax) İ * İbaxlı * İlisu Ş * Şıxlar (Qax) * Şotavar Ə * Əlibəyli (Qax) * Əmbərçay * Əmircan (Qax) | Bir neçə kicik kənd qeyd olunmayıb. | mənbə |
April 28, 2011
Ümumi məlumat
Tarixi
Yaşayış məskəni kimi Qaxın adına ilk dəfə Moisey Kalankatlı nın "Albaniya tarixi" əsərində rast gəlinir. IV əsrə aid hadisələrdən bəhs edən tarixçi Haku(Qax) adlı yaşayış məskəninin adını qeyd edir.Coğrafi mövqeyi
Relyefi
Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, cənubdan Gürcüstan Respublikası ilə həmsərhəddir.Təbiəti
Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir. Bu əkin sahələrinə, bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılmışdır. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.İqlimi
Rayon mərkəzində iqlim isti, rütubətli subtropik, dağlıq ərazilərdə isə soyuqdur.İri yaşayış məntəqələri
Rayonda 59 yaşayış məntəqəsi vardır.Əhalisi
1999-cu ilin 27 yanvar - 4 fevral tarixləri arasında aparılmış siyahıya almaya əsasən Qax rayonunun 51 161 nəfər (76,92%-i azərbaycanlılar, 14,56%-i gürcülər, 5,11%-i saxurlar, 1,19%-i ləzgilər, 0,19%-i mesxeti türkləri, 0,18%-i ruslar, 0,02%-i Qafqaz avarları, 1,83%-i digər millətlər olmaq üzrə) əhalisi var.mənbə
Subscribe to:
Posts (Atom)