Q A X

Azərbaycan, Qax rayonu |Ümumi|

November 25, 2012

Qaxda, Suskənd çay üzərində qəza.

Qəza gecə saatlarında Qaxın Suskənd kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı yüksək sürətlə hərəkət edən avtomobil körpüdən aşaraq çaya düşüb. Belə ki, Nəzərov Asif Zakir
oğlu
nun idarə etdiyi 90-DT-384 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil körpüyə çatmamış çaya düşüb. Nəticədə avtomobildə olanlardan Qax rayon İlisu kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Novruz İsa oğlu, 1979-cu il təvəllüdlü, Sabirabad rayon sakini Əkbərov Hikmət Qismət oğlu və 1983-cü il təvəllüdlü, Şirvan şəhər sakini Qasımov Nazim Nizami oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.

Avtomobildə olan Şirvan şəhər sakinləri, 1990-cı il təvəllüdlü Zeynalov İlham Allahverdi oğlu, 1992-ci il təvəllüdlü Nəzərov Asif Zakir oğlu və 1989-cu il təvəllüdlü, Qax rayon Qaxbaş kənd sakini Bayramov Pərvin Xalis oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar dərhal Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, hər üç xəstənin vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

ALLAH, dünyasını dəyişənlərə Rəhmət eləsin!



mənbə: milli.az