Q A X

Azərbaycan, Qax rayonu |Ümumi|

October 12, 2011

Qaxda Zəlzələ

Oktyabrın 11-də saat 19:40 radələrində Qaxdan 6 km qərbdə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytından istinadən verilən məlumata görə, zəlzələ 12 ballıq cədvəl üzrə episentrdə 3.1 bal, Qax rayonu ərazisində 3 bala qədər hiss olunub.    mənbəə

İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

August 27, 2011

 

August 14, 2011

QaxLiLar Facebookda


July 26, 2011

Qaxda həvəskar balıqçılıq 1



Həvəskar balıqçılıq və çayların qorunması...yaxında...

May 9, 2011

İlisu hamamı

Bu qədim hamam İlisu kəndində yerləşir. İnşa olunma dövrü İlisu sultanlığı dövrünə gedib çıxır. Hamam daxilində yerden çıxam termal, kükürdlü isti su çox böyük müalicəvi əhəmiyyətə malikdir. Hamam iki hissədən ibarətdir: 'Oğlan bulaq-Qız bula' və digər hissə. Bu ərazi çox böyük turizm potensialına malikdir. Kənddən hamama maşınla 1 saatlıq yol var.

Hamamın ön görünüşü

May 1, 2011

Qaxin kendleri


A

    * Almalı (Qax)
    * Amanlı
    * Armudlu (Qax)
    * Ağyazı
    * Ağçay (Qax)

B

    * Baydarlı
    * Bağtala
    * Böyük Alatəmir

C

    * Cəlayer

D

    * Dəymədağlı

F

    * Fıstıqlı

G

    * Güllük

K

    * Keşqutan
    * Kiçik Alatəmir
    * Kötüklü (Qax)

L

    * Ləkit
    * Ləkit Kötüklü
    * Ləkit Malax
    * Lələli
    * Lələpaşa

  
M

    * Malax
    * Marsan
    * Meşəbaş

O

    * Oncallı

Q

    * Qapıçay
    * Qarabaldır
    * Qarameşə
    * Qaratala
    * Qaxbaş
    * Qaxingiloy
    * Qaxmuğal
    * Qaysarlı
    * Qazmalar
    * Qaşqaçay
    * Qımır
    * Qındırğa
    * Qıpçaq
    * Qorağan
    * Qum (Qax)

S

    * Sarıbaş

  
S (davam)

    * Süskən

T

    * Tanqıt
    * Tasmalı
    * Turaclı

U

    * Uzuntala (Qax)

X

    * Xələftala

Y

    * Yeni İlisu

Z

    * Zərnə
    * Zəyəm (Qax)

{

    * Şablon:Qax rayonu kənd/qəsəbələri

Ç

    * Çinarlı (Qax)
    * Çüdüllü

Ü

    * Üzümlü (Qax)

İ

    * İbaxlı
    * İlisu

Ş

    * Şıxlar (Qax)
    * Şotavar

Ə

    * Əlibəyli (Qax)
    * Əmbərçay
    * Əmircan (Qax)
Bir neçə kicik kənd qeyd olunmayıb.mənbə       

April 28, 2011

Qaxın, Ulubaşdan görüntüsü.

Ulubaş, qaxın ikinci böyük zirvəsidir.
Qax-Baki arasindaki mesafe 400km...

Video(1) Turizm

Ümumi məlumat

Tarixi

Yaşayış məskəni kimi Qaxın adına ilk dəfə Moisey Kalankatlı nın "Albaniya tarixi" əsərində rast gəlinir. IV əsrə aid hadisələrdən bəhs edən tarixçi Haku(Qax) adlı yaşayış məskəninin adını qeyd edir.

Coğrafi mövqeyi

Relyefi

Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, cənubdan Gürcüstan Respublikası ilə həmsərhəddir.

Təbiəti

Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir. Bu əkin sahələrinə, bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılmışdır. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.

İqlimi

Rayon mərkəzində iqlim isti, rütubətli subtropik, dağlıq ərazilərdə isə soyuqdur.

İri yaşayış məntəqələri

Rayonda 59 yaşayış məntəqəsi vardır.

Əhalisi

1999-cu ilin 27 yanvar - 4 fevral tarixləri arasında aparılmış siyahıya almaya əsasən Qax rayonunun 51 161 nəfər (76,92%-i azərbaycanlılar, 14,56%-i gürcülər, 5,11%-i saxurlar, 1,19%-i ləzgilər, 0,19%-i mesxeti türkləri, 0,18%-i ruslar, 0,02%-i Qafqaz avarları, 1,83%-i digər millətlər olmaq üzrə) əhalisi var.
 mənbə