Q A X

Azərbaycan, Qax rayonu |Ümumi|

April 28, 2011

Ümumi məlumat

Tarixi

Yaşayış məskəni kimi Qaxın adına ilk dəfə Moisey Kalankatlı nın "Albaniya tarixi" əsərində rast gəlinir. IV əsrə aid hadisələrdən bəhs edən tarixçi Haku(Qax) adlı yaşayış məskəninin adını qeyd edir.

Coğrafi mövqeyi

Relyefi

Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, cənubdan Gürcüstan Respublikası ilə həmsərhəddir.

Təbiəti

Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir. Bu əkin sahələrinə, bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılmışdır. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.

İqlimi

Rayon mərkəzində iqlim isti, rütubətli subtropik, dağlıq ərazilərdə isə soyuqdur.

İri yaşayış məntəqələri

Rayonda 59 yaşayış məntəqəsi vardır.

Əhalisi

1999-cu ilin 27 yanvar - 4 fevral tarixləri arasında aparılmış siyahıya almaya əsasən Qax rayonunun 51 161 nəfər (76,92%-i azərbaycanlılar, 14,56%-i gürcülər, 5,11%-i saxurlar, 1,19%-i ləzgilər, 0,19%-i mesxeti türkləri, 0,18%-i ruslar, 0,02%-i Qafqaz avarları, 1,83%-i digər millətlər olmaq üzrə) əhalisi var.
 mənbə




0 comments:

Post a Comment